Koronovirusa yoluxmada günlük artım tempinə görə Türkiyə İtaliyadan irəlidədir.
Yenisabah.az xəbər verir ki, təkcə ötən gün qardaş ölkədə koronavirus infeksiyasına 277 yoluxma halı qeydə alınıb.
Başda prezident Rəcəb Teyyub Ərdoğan olmaqla Türkiyə rəsmiləri hər gün əhaliyə evdə qalmaları üçün müraciət edirlər. Hətta 65 yaşdan yuxarı şəxslərin cərimə olunacağı da rəsmən təsdiqlənib. Buna baxmayaraq, Türkiyənin bir çox şəhərlərində, o cümlədən İstanbulda həyat əvvəlki axarı ilə davam edir. Bu gün yüzlərlə istanbullu balıq ovlamaq üçün dəniz sahilinə üz tutub. Sezar pizza
Türkiyə mətbuatının yazdığına görə, vəziyyətin belə olduğunu görən polis əhaliyə evlərinə dönmələri üçün xəbərdarlıq edib.
Telegram kanalımız