Koronavirus onlarla ölkədə sürətli şəkildə can almağa davam edir.
Yenisabah.az xəbər verir ki, İngilis xəbər agentliyi Reuters dünyada koronavirusa yoluxanların sayının 15 milyonu keçdiyini açıqlayıb. Daha dəqiq desək, 15 milyon 9 min 213 yoluxma halı var.
Yaz aylarında Avropa ölkələrində rekord ölüm faizləri qeyd olunsa da, sərt tədbirlər nəticəsində virus nəzarətə alındı. Lakin ABŞ, Braziliya, Hindistan və Rusiya kimi ölkələrdən hələ də rekord sayda yoluxma xəbərləri gəlir. pizza mizza
Qeyd edək ki, bugünədək ABŞ-da 3 milyon 899 min 148, Braziliyada 2 milyon 159 min 654, Hindistanda 1 milyon 155 min 354,Rusiyada 782 min 40 nəfərə COVİD-19 diaqnozu qoyulub.
Telegram kanalımız