Son bir gündə dünyada rekord sayda - 677 806 nəfərdə koronavirus infeksiyasına yoluxma təsdiqlənib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər yayıb.
Bundan əvvəlki rekord noyabrın 6-da (80 mindən çox) qeydə alınmışdı. Pepperoni pizza
Təşkilat tərəfindən təsdiqlənmiş COVID-19-a yoluxma hallarının ümumi sayı 50 milyon 266 minə çatıb. Ən çox infeksiya qeydə alınan ölkələr ABŞ (9,7 milyon), Hindistan (8,5 milyon), Braziliya (5,6 milyon), Rusiya (1,7 milyon) və Fransadır (1,7 milyon).
Koronavirusdan son 24 saat ərzində 8311, pandemiya başlayandan bəri ümumilikdə 1,25 milyondan çox insan ölüb.
Telegram kanalımız