Dünyada COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Dünyada COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlandı

Dünya

10 Fevral 2021 14:40 610


Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 73-ə çatıb.

Yenisabah.az-ın xəbərinə görə, bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında hazırladığı infoqrafikada qeyd olunub.

Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən bütün dünyada 138 milyon dozadan çox COVID-19 əleyhinə vaksin tətbiq edilib, gündəlik vaksin olunanların sayı isə 4,85 milyon nəfərə çatıb. pizza sifarişi

Məlumatda qeyd olunub ki, ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 44,4 milyon doza peyvənd tətbiq edilib ki, bu da əhalinin hər 100 nəfərinə 13,5 doza edir. Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində 31,2 milyon, Avropa İttifaqında 17,7 milyon, Böyük Britaniyada 13,1 milyon doza peyvənd tətbiq edilib.

Vaksin edilənlərin sayının əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə İsraildir. Bu ölkədə artıq 5,7 milyon doza peyvənd vurulub ki, bu da ümumi əhalinin hər 100 nəfərinə 63,8 doza edir. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!