Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı açıqlandı

Dünya

21 Fevral 2021 12:17 699


Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 88-ə çatıb. 

Yenisabah.az-ın xəbərinə görə, bu barədə “Bloomberg”in hazırladığı infoqrafikada qeyd olunub.

Vaksinasiyanın aparıldığı ölkələrdə ümumilikdə 202 milyon dozadan çox vaksin vurulub. Gündəlik vaksin olunanların sayı isə 6.35 milyon nəfərə çatıb. Marqarita pizza

ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 61.3 milyon doza peyvənd tətbiq edilib ki, bu da əhalinin hər 100 nəfərinə 18.5 doza edir.

Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində 40.5 milyon, Avropa İttifaqında 26.2 milyon, Böyük Britaniyada 17.8 milyon, Türkiyədə 6.5 milyon doza peyvənd vurulub.

Vaksin edilənlərin sayının əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə İsrail olaraq qalır. Bu ölkədə artıq 7.1 milyon doza peyvənd vurulub ki, bu da əhalinin hər 100 nəfərinə 78.8 doza deməkdir. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!