Dünyada ən çox tank hansı ölkədə var?   - “Qızıl beşlik“

saytların hazırlanması

Evə çatdırılma

Dünyada ən çox tank hansı ölkədə var? - “Qızıl beşlik“

Dünya

17 May 2021 13:00 2680


Rusiya tank sayına görə dünyada liderdir.

Yenisabah.az “19Forty Five”a istinadla xəbər verir ki, ingilis hərbi analitiki Nikolas Drummond dünyada təxminən 73.000 tankın olduğunu hesablayıb. Rusiya 13.000 tanka sahib olmaqla “dünyanın tank kraliçası”dır.

Eyni zamanda, “T-80” və “T-72”-lərin əhəmiyyətli bir hissəsi ehtiyatdadır, lakin zəruri hallarda Rusiya onlardan istifadə edə bilər. pizza sifarişi

Şimali Koreya bu statistikada ikinci yer tutur. Onun 6145 tankı var, lakin onlar çox köhnə modellərdir – T-54/55 və T-34.

Üçüncü yerdə 6100 tankı olan ABŞ-dır – modernizasiyadan keçən üçüncü nəsil “M1 Abrams”.

Dördüncü yeri Hindistan tutur, onun  4.730 tankı var (“T-72” və “T-90”). Bununla birlikdə, bu ölkənin potensialı daha böyükdür, müharibə vəziyyətində əlavə olaraq 8700 ədəd digər zirehli texnika və 235 özüyeriyən silahdan istifadə edə bilər.

Beşinci yerdə 3740 tankı olan Suriyadır. Ancaq vətəndaş müharibəsi əməliyyatları zamanı onlardan neçəsinin salamat qaldığı bilinmir. Əhəmiyyətli sayda tankın köhnəldiyi də ehtimal olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!