Dünyada koronavirus dezinformasiyaları...

saytların hazırlanması

Evə çatdırılma

Dünyada koronavirus dezinformasiyaları...

Dünya

04 May 2020 21:37 878


BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Mətbuat Azadlığı Günündə koronavirus pandemiyası dövründə infeksiya ilə bağlı yayılan dezinformasiyalara da toxunub.  

Yenisabah.az-ın məlumatına görə, pandemiya yayıldıqda eyni zamanda, sağlamlıqla bağlı zərərli tövsiyərlərdən tutmuş ağlasığmaz  sui-qəsd nəzəriyyələrinə qədər ikinci dezinformasiya pandemiyası yaranıb. “Mətbuat təsdiq olunmuş, elmi, faktlara əsaslanan xəbərlər və təhlillərlə bunun qarşısını alır”, - deyə Antonio Quterreş əlavə edib. 

Koronavirusla bağlı dezinformasiyalar pandemiyanın ilk günlərindən yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ fevralın əvvəlində koronavirusla bağlı saxta məlumatları “infodemiya” adlandırmışdı. Martın 16-da isə Avropa İttifaqı bu problemlə bağlı qapalı hesabat hazırladı. “Financial Times” qəzeti həmin hesabata istinad edərək yazırdı ki, bəzi dövlətlərin  media orqanları panika və qorxu yaymaq, ölkələr arasına nifaq salmaq və hakimiyyətlərin virusa qarşı mübarizə tədbirlərinin səmərəsini azaltmaq məqsədilə qəsdən yalan məlumatlar yayırlar. Toyuqlu pizza

Dünyada koronavirus pandemiyası ilə bağlı dezinformasiyalardan biri guya virusun 5G texnologiyasından yaranması barədədir. Bu infodemiya hətta bəzi ölkələrdə 5G antenlərinin sökülməsinə gətirib çıxardı. Lakin sonradan mütəxəssislər 5G-nin hər hansı virus yaratmadığını bəyan etdilər. 

Daha sonra koronavirusun bioloji silah olduğu və supergüclər arasında üçüncü dünya müharibəsinin başladığı  və savaşın bioloji müstəvidə aparıldığı barədə iddialar səsləndirildi. Doğrudur, indi ABŞ yüksək səviyyəli rəsmi şəxsləri virusun Uhandakı laboratoriyaların birindən yayıldığını bəyan edir. Amma hələ ki, bunun məqsədli şəkildə edildiyi, yaxud hansısa savaşın aparıldığı barədə heç bir iddia yoxdur.

Dezinformasiyalardan biri də virusun dünyanı idarə edən gizli qüvvələr tərəfindən Yer əhalisinin sayını azaltmaq üçün yaradıldığı barədədir.

Azərbaycanda da bu mövzuda saxta məlumatlara rast gəlmir. Məşhur “Niquş olayı” yəqin ki, hər kəsin yadındadır. Söhbət “WhatsApp”da “Nigar” adlı bir qadının Azərbaycanda guya infeksiyaya kütləvi yoluxmanın olması barədə səs yazısından gedir. Bundan sonra “Tünzalə” adlı qadının səs yazısı yayıldı. Onun iddiasına görə,bir qrup adam maşınla evlərə yaxınlaşır, “qripə görə evləri dezinfeksiya” etməyə gəlirlər. Lakin məqsəd soyğunçuluqdur. “Evlərə girirlər, guya dezinfeksiya edirlər, qaz kimi bir şeydi buraxırlar. Adamın huşu gedir, evləri soyub çıxıb gedirlər. Ehtiyatlı olun, birdən kimsə gələr, icazə verərsiniz”, - deyə “Tünzalə” təlaşla deyirdi.

Güc strukturlarının məsələyə müdaxiləsi, dezinformasiya yayanların cəzalandırılacağı barədə rəsmi açıqlamaların verilməsindən  bu tip saxta məlumatlar səngidi. Bu məsələdə peşəkar jurnalistlərin və media quruluşlarının da rolu xüsusi vurğulanmalıdır. Onlar baş verənləri hərtərəfli araşdırıb insanlara əsl həqiqətləri çatdırmaqla bu tip dezinformasiyaların dəf edilməsində müstəsna rol oynayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!