Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 795 mindən çox artıb.
Yenisabah.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında belə deyilir.
Hesabata əsasən, ötən sutka ərzində 795 942 nəfər yeni koronavirusa yoluxub, 10 256 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 75 098 369, ölənlərin ümumi sayı isə 1 680 339 nəfərə çatıb. Pepperoni pizza
Ötən 24 saat ərzində ÜST - yə daxil olmuş bütün infeksiya hallarının 64% - dən çoxu Şimali və Cənubi Amerikanın (511 893) payına düşür, ikinci yerdə Avropa regionu (200 694), üçüncü yerdə isə Cənub-Şərqi Asiya (38 197) qərar tutub.
Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Telegram kanalımız