Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 400 mindən çox artıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 401 176 nəfər yeni koronavirusa yoluxub, 7 335 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 78 604 532, ölənlərin isə 1 744 235 nəfərə çatıb. pizza mizza
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Telegram kanalımız