Dünyada koronavirusa yoluxanların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Dünyada koronavirusa yoluxanların sayı açıqlandı

Dünya

20 Mart 2021 10:47 686


Dünyada COVID-19-a yoluxanların sayı 121,46 milyon nəfəri ötüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 121 464 666 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 684 093 insan ölüb. pizza sifarişi

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 535 860 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 9 868 pasiyent təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində infeksiyaya yoluxanların 43 faizindən çoxu Avropanın (233 900), daha sonra Şimali və Cənubi Amerika (19 970), ardından isə Cənub-Şərqi Asiyada (49 211) qeydə alınıb.

ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.

Dünyada ən çox yoluxma halı ABŞ (29 317 562), Braziliya (11 693 838), Hindistan (11 514 331) və Rusiyada (4 437 938) qeydə alınıb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!