Dünyada koronavirusa yoluxanların sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Dünyada koronavirusa yoluxanların sayı artdı

Dünya

15 Yanvar 2021 09:01 413


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 697 mindən çox artıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 697 485 nəfər yeni koronavirusa yoluxub, 15 835 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 90 070 341, ölənlərin isə 1 945 935 nəfərə çatıb. Dominos pizza

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 22 645 757 nəfər. Siyahıda daha sonra Hindistan (10 512 093), Braziliya (8 195 637), Rusiya (3 495 816), Böyük Britaniya (3 211 580), Fransa (2 783 908), İtaliya (2 319 036), İspaniya (2 176 089), Almaniya (1 978 590), Kolumbiya (1 816 082), Argentina (1 744 704), və Meksika (1 556 028) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!