Dünyada neftin qiyməti ucuzlaşır

saytların hazırlanması

Evə çatdırılma

Dünyada neftin qiyməti ucuzlaşır

İqtisadiyyat

04 Yanvar 2021 20:22 1149


Bu gün səhər 2 faizdən çox bahalaşan neftin qiymətləri OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü öncəsi ucuzlaşmağa başlayıb.

Yenisabah.az xəbər verir ki, Bakı vaxtı ilə 16:40-a olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,08% enərək bir barel üçün 51,76 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri isə 0,52% dəyər itirərək bir barel üçün 48,27 ABŞ dollarına çatıb.

Qeyd edək ki, bu gün OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü baş tutacaq. Görüşdə “OPEC+” nazirləri tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”ndən irəli gələn məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulur. İclasda neft hasilatının artırılıb-artırılmayacağına dair qərarın verilməsi də gözlənilir. Toyuqlu pizza

Analitiklərə görə, “OPEC+”un fevral ayında istehsalı artırma ehtimalı 50 faizdir. Çünki dekabr ayındakı artım qərarı sonrasında satışlarda yüksəliş olmuşdu.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!