Dünyada orta temperatur üç dərəcədən çox arta bilər

saytların hazırlanması

Evə çatdırılma

Dünyada orta temperatur üç dərəcədən çox arta bilər

Dünya

10 Dekabr 2020 10:20 807


Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) hesabatına görə, koronavirus pandemiyasının səbəb olduğu istixana qazı tullantılarının azalmasına baxmayaraq, dünyada orta temperatur əsrin sonunadək 3°C-dən çox arta bilər.

Yenisabah.az xəbər verir ki, hesabata görə, koronavirus pandemiyasının yaratdığı iqtisadi tənəzzül nəticəsində bu il karbon qazı tullantılarının 7 faiz azalacağı gözlənilir. UNEP-in icraçı direktoru İnger Andersenin qeyd etdiyi kimi, 2020-ci ildə gözlənilən emissiya azalması 2050-ci ilədək qlobal istiləşməni yalnız 0,01°C aşağı salacaq.

O, həmçinin istixana qazı tullantılarının 2019-cu ildə maksimum həddə çatdığını və cari ilin müşahidə tarixində ən isti olacağını bildirib. “Buzlaqlar görünməmiş sürətlə əridiyi bir vaxtda meşə yanğınları, fırtına və quraqlıqlar xaos yaratmaqda davam edir”, - deyə İ.Andersen sözlərinə əlavə edib. Toyuqlu pizza

Hesabatda vurğulanıb ki, pandemiyadan sonrakı “yaşıl” bərpa tədbirləri istixana qazı tullantılarının 2030-cu ilədək 25 faiz azalmasına səbəb ola bilər. Bununla yanaşı, “yaşıl” bərpa tədbirlərinin dünyanın Paris İqlim razılaşması çərçivəsində təyin edilmiş 2°C-yə yaxınlaşmasına zəmin yaradacağı bildirilir. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!