Dünyada ötən sutka koronavirusa yoluxanların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Dünyada ötən sutka koronavirusa yoluxanların sayı açıqlandı

Dünya

19 Mart 2021 09:25 796


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 511 mindən çox artıb.

Yenisabah.az-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 511 453 nəfər yeni koronavirusa yoluxub, 9 171 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 120 915 219, ölənlərin isə 2 674 078 nəfərə çatıb. Marqarita pizza

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 29 260 772 nəfər. Siyahıda daha sonra Braziliya (11 603 535), Hindistan (11 474 605), Rusiya (4 428 239), Böyük Britaniya (4 274 583), Fransa (4 076 169), İtaliya (3 281 810), İspaniya (3 206 116), Türkiyə (2 950 603), Almaniya (2 612 268), Kolumbiya (2 309 600) və Argentina (2 210 121) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!