Dünyada yeni “Nuh daşqınları” baş verəcək -   Papadan XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Dünyada yeni “Nuh daşqınları” baş verəcək - Papadan XƏBƏRDARLIQ

Dünya

03 Mart 2021 10:37 790


Bəşəriyyəti yeni qlobal daşqınlar gözləyir.

Yenisabah.az bildirir ki, bunu Roma Papası Fransisk deyib.

Onun sözlərinə görə, dövlət rəhbərləri qlobal istiləşmə ilə bağlı tədbirlər görməsələr, fəlakət başlayacaq. Toyuqlu pizza

“Əgər biz bu yolu davam etdirsək, daşqınlar baş verəcək”, - Papa bildirib.

Fransisk deyib ki, Nuh peyğəmbər fəzilət sayəsində fəlakətdən xilas ola bilib. O, vətəndaşları və siyasətçiləri ehtiyatlı olmağa səsləyib. (Virtualaz.org)

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsindən (NOAA) olan alimlər ötən ilin Arktikada müşahidə tarixində ikinci rekord isti il olduğunu söyləmişdilər. Üstəlik, son əlli ildə buradakı temperatur planetin digər bölgələrinə nisbətən iki dəfə daha sürətlə artır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!