Dünyada COVID-19 peyvəndi vurulan insanların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Dünyada COVID-19 peyvəndi vurulan insanların sayı açıqlandı

Dünya

27 Yanvar 2021 15:05 652


Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın başlandığı 57 ölkədə ümumilikdə 71,3 milyondan çox insana peyvənd vurulub.

Yenisabah.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən, gündəlik təqribən 3,57 milyon nəfərə vaksin vurulur. pizza

Qeyd olunub ki, artıq ABŞ-da 24,4 milyondan çox insana peyvənd vurulub ki, bu da ümumi əhalinin 7,45%-ni təmsil edir. Çində 15 milyon nəfərə (əhalinin 1,07%-i), Avropa İttifaqında isə 9,7 milyon nəfərə peyvənd vurulub. Əhalinin vaksinasiyasının ən sürətli aparıldığı ölkə isə İsraildir. Bu ölkədə artıq 4,04 milyon nəfərə peyvənd vurulub ki, bu da ümumi əhalinin 44,6%-ni təşkil edir. (APA)

Məlumatda o da qeyd olunub ki, BƏƏ-də əhalinin 24,9%-i, Böyük Britaniyada isə 10,9%-nə peyvənd vurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!