Danimarkanın paytaxtı Kopenhagen yaxınlığında yerləşən “Bağçalı evlər şəhəri” (Brondby Garden City) görənləri heyran qoyur.
“Yeni Sabah” bildirir ki, dünyaca məşhur fotoqraf Henri Dunun çəkdiyi fotolar bu bölgəni yenidən gündəmə gətirib. Buradakı bütün evlərin öz bağçası var. Dairəvi formada dizayn edilən bağçaların arasında yerləşən evlər xüsusi mənzərə yaradır.
Fotoqraf buranın yadplanetli sivilizasiyanın yaşadığı məkana bənzədiyini deyib. Sezar pizza
Burada hər şey indidən möhtəşəm görünsə də, layihə 2020-ci ildə tamamlanacaq.
Layihənin əsas məqsədi insanların sosiallaşmasını asanlaşdırmaq, əkinçiliyə şərait yaratmaq və evlərin təkrar istifadəsini təmin etməkdir.
Qeyd edək ki, bu layihənin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atataürkün 1964-cü ildə hazırladığı "İdeal Cümhuriyyət kəndi" adlı proyektindən ilham alınaraq hazırlandığı iddia edilir.






Sabrina
Telegram kanalımız