Dünyanı fəlakət bürüyəcək – Alimlər

saytların hazırlanması

Evə çatdırılma

Dünyanı fəlakət bürüyəcək – Alimlər

Dünya

11 Aprel 2020 07:30 1612


Planetin ekosistemləri təhlükə ilə üzləşib.

“Nature” jurnalında verilən məlumata əsasən, Böyük Britaniya, ABŞ və Cənubi Afrikadan olan alimlər  iqlim dəyişikliyinin bir neçə ssenarisini modelləşdiriblər.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, 2040-cı ilə qədər fəlakət bütün dünyanı bürüyəcək.  Toyuqlu pizza

Ekspertlər əmindirlər ki, atmosferə tullantıların atılması cari templə davam etdiyi təqdirdə, 30 min növ quş, məməli, sürünən və balıqların 73 faizinin nəsli kəsilə bilər.

Okeanın tropik zonalarının biosistemləri xüsusilə həssasdır. Artıq cari onillikdə onlar bərpaolunmaz dəyişikliklərlə üzləşəcəklər. Bütün dəniz heyvanlarının dörddə birinin yaşadığı mərcan rifləri məhv olacaq.

Dörd dərəcəyədək istiləşmə isə heyvanların 15 faizinə öldürücü təsir göstərə bilər. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!