Dünyanı lərzəyə salan yeni bomba HAZIRLANDI

saytların hazırlanması

Evə çatdırılma

Dünyanı lərzəyə salan yeni bomba HAZIRLANDI

Dünya

01 İyul 2025 10:58 624


Çin televiziyası yeni hazırlanan bombanın görüntülərini paylaşıb.

Yenisabah.az xəbər verir ki, sözügedən silahın əsas özəlliyi elektrik stansiyalarını sıradan çıxaran bomba olmasıdır. Silah elektrik stansiyalarını məhv edərək enerji təchizatına ciddi zərbə vurmaq qabiliyyətindədir.

Qrafit bombası adlanan silah səmada portlayaraq incə karbon lifləri yayır və bu liflər yüksək gərginlikli transformator və enerji kəmərlərində qısaqapanma yaradır – bunun nəticəsində geniş ərazilərdə elektrik təchizatı kəsilir. Marqarita pizza

Silah “non‑lethal” (zərərsiz) kateqoriyasına daxildir – infrastruktur zədələnir, insanlar və obyektlərə fiziki zərər dəymir.

Çin dövləti bunu rəsmi olaraq “müxtəlif enerji obyektlərinə qarşı məqsədyönlü elektrotexniki hücum” vasitəsi kimi təqdim edib – əsasən Tayvan kimi hədəflərdə komanda‑nəzarət strukturunu çökdürmək üçün istifadə edilə bilər, xüsusilə kritik dövrələrdə, məsələn, təbii fəlakət və ya seçki vaxtı silahın istifadəsi gözləniləndir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!