Dünyanın 10 ən varlı insanı bir gündə 14,4 milyard dollar itirib

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın 10 ən varlı insanı bir gündə 14,4 milyard dollar itirib

İqtisadiyyat

27 Oktyabr 2020 14:18 1124


Dünyanın on ən varlı adamının sərvəti bazar ertəsi günü 14,4 milyard dollar azalıb.

Yenisabah.az bu barədə Bloomberg agentliyinə istinadla xəbər verir.

Agentliyin hesablamalarına əsasən, milyarderlərin ilk onluğuna daxil olan şəxslərdən yalnız ikisi həmin gün birjalarda ticarətin yekunları üzrə varidatını artıra bilib. Tesla və SpaceX kompaniyalarının banisi İlon Mask birdəfəyə 2,88 milyard dollar qazanıb. Amazon kompaniyasının sahibi Ceff Bezosun sərvəti 263 milyon dollar artıb. O, reytinqin lideri olaraq qalır, Mask isə dördüncü yerdə qərarlaşır. Dominos pizza

Azərtac-ın yazdığına görə, milyarderlərin varidatında bu azalma Amerikanın fond bazarlarında satışlarla izah olunur. Bazar ertəsi günü Dow Jones indeksi 2,3 faiz düşüb ki, bu, sentyabrın 3-dən bəri bir sessiyada ən güclü enişdir. S&P 500 indeksi 1,9 faiz, Nasdaq indeksi 1,6 faiz enib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!