ABŞ Dövlət Departamentinin açıqladığı məruzəsində Çin nüvə sahəsindəki fəaliyyətində şəffaflığın olmaması, aşağı güc nüvə yükləri üzərində gizli sınaqların aparılması və bununla da Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin pozulmasında günahlandırılır.
Yenisabah.az xəbər verir ki, bu ittihamlar son günlər Çinə qarşı koronavirusun yayılmasına dair həqiqətlərin gizlədilməsi ilə bağlı kəskin iradların irəli sürülməsi ilə yanaşı Vaşinqtonun Pekinə artan təzyiqini nümayiş etdirir. Elə ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) maliyyələşdirməkdən imtina etməsi də bilavasitə bu qurumda Çinin nüfuzlu rola malik olmasına qarşı bir addım kimi qiymətləndirilməlidir.
Birləşmiş Ştatlar və onların müttəfiqləri, o cümlədən Böyük Britaniya, koronavirusun ağır nəticələrinə görə pandemiyanın mənbəyi olan Çinin üzərinə hətta kompensasiyanın ödənilməsi ilə bağlı öhdəliyin qoyulması məsələsini də gündəmə gətirməyə çalışırlar. Toyuqlu pizza
Beləliklə,koronavirus pandemiyasının qızğın dövründə də qlobal rəqabətin təzahürləri açıq şəkildə özünü büruzə verir.
Bəs Çin hansı addımları ata bilər?
Siyasi analitiklərin fikrincə, Çin bu məsələdə ABŞ-la anlaşmağa çalışacaq. Artıq Çinin siyasi bürosunun üzvlərinin Əfqanıstanda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşü barədə məlumatlar yayılıb. İddia edilir ki, görüşdə əsas müzakirə mövzularından biri də pandemiya ilə bağlı kompensasiya məsələsi olub.
Çinin bu məsələdə dirəniş göstərməsi dünyanın aparıcı güclərinin bu ölkəyə qarşı sanksiyalar tətbiq edilməsini gündəmə gətirə bilər. Pandemiyanın səbəb olduğu iqtisadi böhran şəraitində isə sanksiyalar Çin üçün kifayət qədər təhlükəlidir.
Telegram kanalımız