Dünyanın ən böyük aysberqi əriyir

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən böyük aysberqi əriyir

Hadisə

27 Dekabr 2020 12:19 764


Avropa Kosmik Agentliyinin (AKA) tədqiqatçıları dünyanın ən böyük aysberqinin gündə 2,5 santimetr əridiyini müşahidə ediblər. Onun bundan əvvəl iki hissəyə bölündüyü bildirilir.

Tədqiqatçıların son peyk şəkillərində A-68A aysberqinin bir neçə hissəyə bölündüyü, iki böyük buz parçasının əsas hissədən qoparaq açıq okeana üzdüyü əks olunub.

Yenisabah.az xəbər verir ki, alimlər bu məlumatlardan istifadə edərək təkcə aysberqin yolunu deyil, həm də onun formasını və kütləsini izləyiblər. Pepperoni pizza

Tədqiqatçılar bu prosesi, aysberq kilinin dənizin dibinə toxunması, habelə güclü şirin su axınının onun formasına təsiri ilə izah edirlər. Hələlik obyekt haqqında daha dəqiq məlumatlar söyləmək çətindir. Aysberqin nə qədər yaxından keçəcəyi onun kilinin dərinliyindən asılıdır.

Bununla belə, qrup ilk dəfə olaraq CryoSat ЕКА peykinin radiolokasiya hündürlükölçəni ilə müəyyən edilmiş ölçülər əsasında aysberqlərin ilkin qalınlığının xəritəsini tərtib edib. Bu ətraflı xəritədən göründüyü kimi A-68A aysberqinin əvvəldən ən qalın yeri haradasa 232 və 285 metr olub. Aysberqin ölçüsünün bir müddətdən sonra azaldığına görə, belə qənaətə gəlmək olar ki, o, hər gün 2,5 santimetr itirib. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!