Dünyanın ən çox nifrət edilən idmançıları   - Ronaldo, Reşford, Özil...

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən çox nifrət edilən idmançıları - Ronaldo, Reşford, Özil...

İdman

10 İyul 2021 17:20 1478


"Pickwise" sosial media araşdırmalarına əsasən, son bir ildə dünyanın ən çox nifrət edilən idmançılarını siyahısını dərc edib.

Yenisabah.az xəbər verir ki, siyahının ilk pilləsində sosial mediada 122 min 568 mənfi şərh alan "Los Anceles Leykers"in basketbolçusu Lebron Ceyms qərarlaşıb. İngiltərə millisinin və "Mançester Yunayted"in hücumçusu Markus Reşford 32 min mənfi şərhlə 2-ci olub. Tom Bredi (Amerika futbolu) 28 min mənfi rəylə 3-cü sırada yer alıb.

Portuqaliya millisinin və "Yuventus"un hücumçu Kriştiano Ronaldo 8-ci (11 min 757), "Fənərbaxğça"nın yarımmüdafiəçisi Məsut Özil 10-cudur (11 min 192). pizza hut

"Pickwise"in araşdırmalarına görə, son bir ildə dünyanın ən çox nifrət edilən 10 idmançısı

1. Lebron Ceyms (basketbol) — 122 min 568 mənfi şərh

2. Markus Reşford (futbol) — 32 min 328

3. Tom Bredi (Amerika futbolu) — 28 min 151

4. Kevin Dyurant (basketbol) — 24 min 370

5. Bubba Uolles (NASCAR) — 21 min 750

6. Damian Lillard (basketbol) — 20 min 904

7. Trevor Bauer (beysbol) — 14 min 83

8. Kriştiano Ronaldo (futbol) — 11 min 757

9. Stefen Karri (basketbol) — 11 min 203

10. Məsut Özil (futbol) — 11 min 192

/Qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!