Dünyanın ən hündür körpüsü nəqliyyat üçün açıldı

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən hündür körpüsü nəqliyyat üçün açıldı

Dünya

28 Sentyabr 2025 22:35 498


Çinin cənub-qərbindəki Quyçjou əyalətində yerləşən dünyanın ən hündür körpüsü bazar günü nəqliyyatın hərəkəti üçün açılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, körpü üç illik tikintidən sonra dərə ilə səyahət vaxtını iki saatdan cəmi iki dəqiqəyə endirəcək. pizza

Quyçjou dağlıq bölgəsində Beypan çayından 625 metr hündürlükdə yüksələn körpü San-Fransiskodakı Qızıl Qapı körpüsündən təxminən doqquz dəfə hündürdür.

Əsas dayaqları arasındakı məsafə 1420 metr olan körpü dağlıq ərazidə inşa edilmiş ən uzun polad asma konstruksiyadır. Körpünün ümumi uzunluğu 2890 metrdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!