Dünyanın ən kök körpəsi dünyaya gəldi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən kök körpəsi dünyaya gəldi - FOTO

Dünya

15 Sentyabr 2025 12:55 304


ABŞ-nin Florida ştatının Rivervyu şəhərində çəkisi 6,3 kiloqram olan oğlan uşağı dünyaya gəlib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki,  bu, həmin tibb müəssisəsində qeydə alınan ən böyük doğum göstəricisi olub.

Körpənin anası, 40 yaşlı Daniella Hains qeysəriyyə əməliyyatı ilə doğuş edib. Onun sözlərinə görə, bu, ikinci övladıdır və hamiləlik dövründə əvvəlkindən tamamilə fərqli hisslər yaşayıb. Onun sözlərinə görə,  körpəni ilk dəfə görəndə şoka düşüb.  pizza hut

Həkimlər uşağın qeyri-adi ölçülərini bir neçə amillə izah edirlər. Valideynlərin hər ikisi hündürboyludur: Daniellanın boyu 183 sm, həyat yoldaşı isə ondan 5 sm uzunboyludur. Bundan əlavə, qadına hamiləlik zamanı gestasion diabet diaqnozu qoyulub ki, bu da böyük ölçülü körpələrin doğulmasına səbəb ola bilər./"Unikal"


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!