Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayid Ali-Nəhyanın ailəsi “Times”in reytinq siyahısında dünyanın ən zəngini kimi tanınıb.
Yenisabaha.az xəbər verir ki, ailənin sərvətinin əsasını “Enerji Daşıyıcıları”nın satışından əldə olunan gəlirlər, həmçinin, savadlı investisiya siyasəti, o cümlədən müxtəlif şirkətlərə və daşınmaz əmlak bazarına vəsaitlərin yatırılması təşkil edir.
Ali-Nəhyanın sərvəti 300 milyard dollar olaraq qiymətləndirilir. Ailə maliyyədən robototexnikaya qədər müxtəlif sahələrdə çalışan 27 mindən çox insanın çalışdığı “Royal Group” şirkətinin sahibidir. O, İngiltərənin “Mançester City” futbol klubunda, İlon Maskın “SpaceX” və müğənni Rihannanın “Savage x Fenty” moda evində pay sahibidir. pizza
Reytinq siyahısında ikinci pillədə sərvəti 224,5 milyard dollar qiymətləndirilən “Walmart” mağazalar şəbəkəsinin sahibi amerikalı Uolton ailəsi qərarlaşıb.
İlk beşliyə eyniadlı qənnadı şirkətinin təsisçisi Mars ailəsi (160 milyard dollar), sənaye konqlomeratı “Koch Industries”ə nəzarət edən türkiyəli Koç ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanı kral ailəsi (105 milyard dollar) da daxil olub.
Telegram kanalımız