Dünyanın ən varlı QADINLARI

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən varlı QADINLARI

Dünya

25 Mart 2025 15:25 382


İngilis mediası dünyanın ən varlı qadınlarının siyahısını açıqlayıb.

Yenisabah.az baku.tv-yə istinadən xəbər verir ki, siyahı onların bu ilin martına qədər olan qazancları əsasında hazırlanıb.

"Forbes"in 2024-cü il "Dünya Milyarderləri Siyahı"sına əsasən, dünyada 2781 milyarderdən 369-u və ya 13,3% qadındır. Pepperoni pizza

Birinci yerdə Alisa Ualton dayanır ki, onun sərvəti 97 milyard dollar dəyərindədir. Sərvəti ilə dünyanın ən zəngin qadını hesab olunur. O, "Walmart" mağazalar şəbəkəsinin qurucusu Sem Ualtonun qızıdır. Ualton ailəsi eyni zamanda dünyanın ən zəngin ailələrindən biridir.

İkinci yerdə "L'Oreal" kosmetika şirkətinin sahibi Fransua Bettenkourt Meyers dayanıb. Onun sərvəti 82 milyard dollar dəyərindədir.

Üçüncü yerdə 74,2 milyard dollarlıq sərvəti ilə "Koch Industries" neft emalı şirkətinin sahibi Xulia Koçdur.

Siyahıda dördüncü yerdə "Mars" qənnadı şirkətinin sahibi Jaklin Mars dayanır ki, onun sərvəti 42,3 milyard dollardır.

"Mediterranean Shipping Company" konteyner şirkətinin sahibi Rafaela Aponte 37,1 milyard dollarlıq sərvəti ilə beşinci yerdədir.

"Jindal Group" polad istehsalçısı şirkətinin sahibi Savitri Jindal 36,3 milyard dollarlıqsərvəti ilə dünyanın altıncı ən varlı xanımıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!