Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı

Dünya

12 İyul 2020 09:43 1025


"Amazon" şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Bezos ABŞ-ın ən varlı qadını olub.

Bu barədə "Forbes" jurnalı məlumat yayıb. Xəbərə görə, hazırda qadının sərvəti 62,3 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Qeyd edilir ki, iyulun 2-dən 9-dək olan dövrdə "Amazon”un səhmləri 10% artıb. Nəticədə şirkətin banisinin və rəhbəri Ceff Bezosun səhmləri 16,2  milyard ABŞ dolları artıb. Ceff Bezosun şirkətin səhmlərinin bir hissəsinə malik keçmiş arvadı sərvətinin məbləğinə görə ABŞ-ın ən zəngin qadınlarının reytinqində "Walmart” korporasiyasının banisinin qızı Elis Uoltonu ötüb. pizza mizza

Makkenzi Bezosun öz sərvətinin ölçüsünə görə geri qaldığı yeganə şəxs "L'Oreal”ın banisinin nəvəsi Fransuaze Betankur-Mayerdir. Onun kapitalı 64 milyard ABŞ dolları təşkil edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!