Dünyanın ən xoşbəxt 10 ölkəsi

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən xoşbəxt 10 ölkəsi

Dünya

19 Mart 2021 16:23 1169


Finlandiya ardıcıl olaraq dördüncü dəfə dünyanın ən xoşbəxt ölkələri reytinqinə başçılıq edir.

Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin Stabil inkişaf həllərinin axtarışı üzrə bölməsinin “World Happiness Report” məruzəsində deyilir. Reytinqdə dünyanın 149 ölkəsi gözlənilən ömür uzunluğu, sosial dəstək, korrupsiya və digər göstəricilər üzrə qiymətləndirilir.

Ən xoşbəxt 10 ölkə sırasına, həmçinin İslandiya, Danimarka, İsveçrə, Niderland, İsveç, Almaniya, Norveç, Yeni Zelandiya və Avstraliya daxil olub. ABŞ reytinqin 14-cü, Böyük Britaniya 18-ci, Fransa isə 20-ci pilləsində qərarlaşıb. Dördpendirli pizza

Xatırladaq ki, xoşbəxt ölkələr barədə məruzə ilk dəfə 2012-ci ildə tərtib olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!