Dünyanın ən xoşbəxt şəhəri buradır

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən xoşbəxt şəhəri buradır

Dünya

11 Aprel 2025 09:41 196


London Həyat Keyfiyyəti İnstitutu tərəfindən tərtib olunmuş yeni reytinqə əsasən, Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, ilk beşlikdə Sürix (İsveçrə), Sinqapur, Orxus (Daniya) və Antverpen (Belçika) qərarlaşıb.

Həmçinin ilk onluğa Seul (Cənubi Koreya), Stokholm (İsveç), Taypey (Çin), Münhen (Almaniya) və Rotterdam (Hollandiya) daxildir. pizza sifarişi

Analitiklər reytinqi 5 kriteriya - ümumi rifah (təhsil, dövlət dəstəyi, mənzil), idarəetmə (vətəndaşların cəlb edilməsi, açıq məlumatların əlçatan olması, elektron xidmətlər), ekologiya (yaşıllıqlar, havanın keyfiyyəti, emal səviyyəsi), səhhət (tibbi xidmət, psixoloji vəziyyət, iş və şəxsi həyat arasında balans), mobillik (nəqliyyat sistemi, xidmət keyfiyyəti, gediş haqqı, yol-nəqliyyat hadisələri) üzrə tərtib ediblər./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!