Dünyanın ən yaxşı baş məşqçiləri: Qurban Qurbanov neçənci yerdədir?

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən yaxşı baş məşqçiləri: Qurban Qurbanov neçənci yerdədir?

İdman

20 İyul 2024 21:58 1345


UEFA dünyanın ən güclü məşqçilərinin siyahısını açıqlayıb.

Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, 500 mütəxəssisin yer aldığı cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1673 xala malikdir. O, siyahıda 133-cüdür. İki xal itirən Qurbanov iki pillə geriləyib.

"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cüdür. O, bir pillə irəliləyib. Toyuqlu pizza

Millimizi çalışdıran Fernando Santos 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı bir addım geriləyib.

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk 423-cü yerdə qalıb. Ukraynalının 1481 xalı var.

Qeyd edək ki, siyahıya "Mançester Siti"nin (İngiltərə) çalışdırıcısı Pep Qvardiola 2240 xalla başçılıq edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!