Dünyanın ən zəhərli ağacı: Ona toxunmaq qadağandır!

Dünyanın ən zəhərli ağacı: Ona toxunmaq qadağandır!

Digər Veb saytların hazırlanması

29 Sentyabr 2022 15:35 1015


Zəhərli və ya hətta zəhəri ilə məşhur olan bir çox bitki və ya heyvan haqqında eşitmiş ola bilərsiniz. Amma indi bütün bildiyinizi unudun, gəlin sizi Manchineel Ağacı ilə tanış edək, o qədər təsirli ki, onun bir damlası ani qırğına səbəb ola bilər. 

Gövdəsindən axan zəhərlə Ginnesin Rekordlar Kitabına düşən bu ağaca Florida, Bahama, Karib dənizi, Mərkəzi Amerika və Cənubi Amerika kimi bölgələrdə rast gəlinir. 

Təbii ki, ona yaxınlaşmaq, gövdəsindən axan mayeyə toxunmaq qəti qadağandır! Bu qatil ağacdan təsirlənmək üçün sadəcə ona toxunmaq kifayətdir. Əgər əliniz təsadüfən bu ağaca toxunarsa, dərhal dərinizdə səpgi hiss edəcəksiniz. 

Üşümə ilə başlayan ilk simptom bəzən qızdırma ilə müşayiət olunur. Bu ağaca bir dəfə toxunanlar belə, yaratdığı təsirə görə reanimasiyaya gedə bilirlər.  

Yanan Manchineel ağacının tüstüsü gözlərə dəyirsə, hətta korluğa da səbəb ola bilər. Bu ağacın meyvəsini təsadüfən dişləsəniz, ölümlə nəticələnən fəsadlar yarada bilər. Bu səbəbdən ağacın yerləşdiyi ərazilərdə xüsusi təhlükəsizlik tədbirləri görülür və hər yerə xəbərdarlıq məktubları yazılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!