“Dünyaya uşaq gətirəndə yaxşı düşünün, mən düşünmədim...”   – Məşhur müğənni

saytların hazırlanması

Evə çatdırılma

“Dünyaya uşaq gətirəndə yaxşı düşünün, mən düşünmədim...” – Məşhur müğənni

Şou

07 İyun 2020 11:06 1388


Tanınmış müğənni Nura Suri özünün facebook səhifəsində maraqlı paylaşımı ilə diqqət çəkib. Xanım müğənni bu dəfə valideynlərə müraciət edib.

Yenisabah.az xəbər verir ki, 3 uşaq anası olan məşhur paylaşımına bu sözlərlə başalyıb: “Dünyaya uşaq gətirməzdən öncə düşünün. Çox düşünün. Bəlkə sizin övladınız bu dünyaya gəlmək istəmir. Onun belə bir dünyada yaşamasına siz qərar verirsiniz. Uşaq oyuncaq deyil”.

Xanım müğənni fikrini belə davam etdirib: ““Mən də uşaq istəyirəm” deməzdən əvvəl eqonuzu bir kənara qoyub düşünün. Mən düşünməmişəm. Gecələri rahat yata bilmirəm. Onların gələcəyini fikirləşirəm. İki övladım Amerikada yaşayır. Hər gün onlara görə narahat oluram. Kiçik oğluma görə isə lap çox narahatam. Uşaq üç aydır evdədir. Dostları ilə görüşmür, məktəbə, idmana, rəqsə, vokal dərslərinə gedə bilmir. Hər gün onlayn dərslər keçir, sonra da ev tapşırığı. Həftəsonu bir az bulvarda təmiz havada gəzə bildik. SMS olanda da çıxmırdıq. İyunun 12-i yay tətili başlayır. İşləmirik deyə qazancımız yoxdur. Dincəlməyə ( hətta rayona) getmək üçün riskə getmək istəmirəm. Karantin nə qədər sürəcək bəlli deyil. Gündə bir qərar çıxır. Otellərin qiymətindən yəqin ki, xəbəriniz var. Çox söz deyə bilərəm, amma nə xeyri”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!