Düşənbədə MDB ölkələri liderlərinin sammiti keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Düşənbədə MDB ölkələri liderlərinin sammiti keçiriləcək

Siyasət

07 Oktyabr 2025 12:14 407


Oktyabrın 10-da Düşənbədə (Tacikistan) MDB ölkələri liderlərinin sammiti keçiriləcək.

Yenisabah.az xəbər verir ki, MDB dövlət başçıları regional və qlobal təhlükəsizlik məsələləri də daxil olmaqla, beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər.

Birlik çərçivəsində siyasi dialoqun daha da dərinləşdirilməsinə, ticari-iqtisadi əlaqələrin gücləndirilməsinə, həmçinin humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək. Marqarita pizza

İclasın sonunda liderlər çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayacaqlar.

Bundan başqa, oktyabrın 9-da Düşənbədə Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya prezidentlərinin iştirakı ilə II "Mərkəzi Asiya – Rusiya" sammiti keçiriləcək.

Sammitin sonunda yekun kommünike və birgə fəaliyyət planının qəbul edilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!