Düşmən deyilik, dost da... - Elnarə

Düşmən deyilik, dost da... - Elnarə

Şou Veb saytların hazırlanması

05 Dekabr 2023 10:54 576


"Səidə Sultanla münasibətim yoxdur. Mən də onu toya dəvət etməmişdim, o da məni. Bu, normaldır. 18 ildir ki, ailəliyəm və bu 18 ildə mənimlə Səidə arasında münasibət dəyişməyib".

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "10-da görüşək" verilişində deyib.

O, keçmiş "W-trio" qrupunun üzvləri Xalq artisti Röya Ayxan, Natavan Həbibi ilə münasibətlərindən söz açıb:

"Bu, qaçılmazdır. Məni görəndə qızlar yada düşür. Onları da görəndə mən". 

Aparıcının Samir Bayramovun "Sizi qrup üzvləri zəng vurub qonaq çağırsaydılar, gedərdiniz" sualına Elnarənin cavabı belə olub: 

"Mən xeyir-şərdən qalan adam deyiləm. Dəvət olunan yerə hər zaman getməyə çalışıram. Əhvalım korlanmasa, qlobal bir şey baş verməsə, bəlkə də qonaq çağırılan yerə gedərdim, niyə də yox? Hələ ki belə bir münasibət yoxdur. Son 10 ildə də belə bir münasibət olmayıb. Nə bayram və s. Başım çox qarışıqdır. Əminəm ki, hər kəsdə də bu, belədir. Qayğılarım, ailəm, dörd uşaq, tələbələrim, layihələrim... İşim başımdan aşır. Dəfələrlə onlarla üzbəüz gəlmişəm, salam-sağ ol, öpüşüb, görüşmüşük, söhbət də etmişik, çörək də yemişik. Biz düşmənik bəyəm?! "Salam" Allahın adıdır, salam verib almaq da lazımdır. Biz düşmən deyilik, amma dost da deyilik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!