Düşmən əks-təbliğat məqsədilə məlumat toplayır -   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Düşmən əks-təbliğat məqsədilə məlumat toplayır - XƏBƏRDARLIQ

Hadisə

10 Dekabr 2020 17:33 993


Ermənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər yaymaqda davam edir. Belə ki, düşmən tərəfi əks təbliğat aparmaq məqsədilə müxtəlif kanallar – WhatsApp, Telegram, sosial şəbəkələr üzərindən vətəndaşlarımıza yazaraq özlərini bizdən biri kimi qələmə verir və guya qələbəyə həsr olunmuş film çəkilişində istifadə etmək üçün əldə olan video-görüntülərin təqdim edilməsini istəyirlər. Bunun qarşılığında isə vətəndaşlara müəyyən pul məbləği təklif edilir. Məqsəd Azərbaycan əleyhinə məlumatlar yaymaqla əks təbliğat aparmaqdır.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Yenisabah.az-a bildirilib.

Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara etimad edib qarşı tərəfə informasiya ötürməsinlər, fərdi məlumatlarını təqdim etməsinlər və bu kimi mesajları ''spam'' olaraq şikayət etsinlər. Pepperoni pizza

Həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!