“Ermənistan hər gün təxribatlara yol verir” -   Hikmət Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan hər gün təxribatlara yol verir” - Hikmət Hacıyev

Siyasət

03 Noyabr 2020 15:17 856


“Ali Baş Komandanın başçılığı altında Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməsi uğrunda mübarizəni davam etdirir”.

Yenisabah.az xəbər verir ki, bunu bu gün keçirilən  brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, düşmən hər gün təxribatlara yol verir: “Azərbaycan Ordusu təxribat və hücumların qarşısını almaqdadır. Azərbaycanın haqq işi beynəlxalq səviyyədə dəstəklənir. Bu, Azərbaycanın uzun müddət apardığı diplomatik siyasətin nəticəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, həm də Azərbaycanın Qoşulmama Hərəkatının, Türk Şurası kimi qurumların sədri olması və bu istiqamətində fəaliyyəti ilə bağlıdır”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!