Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozdu

saytların hazırlanması

Evə çatdırılma

Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozdu

Siyasət

13 İyul 2020 16:55 1117


Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub.

Yenisabah.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib. Dominos pizza

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!