Düşmən ölkə məhkumlardan intiharçı dəstələr yaradır

saytların hazırlanması

Evə çatdırılma

Düşmən ölkə məhkumlardan intiharçı dəstələr yaradır

Hadisə

21 Oktyabr 2020 15:44 928


"Ermənistanda xüsusi ağır cinayətlərə görə uzunmüddətli həbs cəzasına məhkum edilmiş şəxslərdən intiharçı dəstələr yaradılır".

Yenisabah.az-ın məlumatına görə, bunu Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko öz “Telegram” kanalında yazıb.

O bildirib ki, həmin dəstələri cəbhənin daha qızğın döyüşlər gedən bölgəsinə göndərmək planlaşdırılır: Dördpendirli pizza

“Əvvəlcə qadın batalyonları, indi isə cərimə batalyonları. Yəqin bundan sonra, qoşunların geri çəkilməməsi üçün dəstələr yaradılacaq”.

İntiharçı dəstələr barədə digər erməni KİV-ləri də yazır.

Trend-in bununla əlaqədar yaydığı məlumatda qeyd olunur ki, intiharçı dəstələr yüksək texnologiyalı Azərbaycan ordusuna qarşı səmərəsiz olacağı üçün onları Ermənistanı dəstəkləməyən ölkələrin ərazisində istifadə etmək nəzərdə tutulur.

Erməni millətçiləri ilk “qisas aktları”nın Türkiyə və Rusiya ərazilərində keçirilməsinə işarə vurub. Qeyd olunur ki, “Daşnaksutyun” partiyası Rusiyanın Qarabağ müharibəsində maksimal neytral mövqe nümayiş etdirməsindən narazı qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!