Düşmən Tərtərin Şıxarxı qəsəbəsinə top mərmiləri atıb

saytların hazırlanması

Evə çatdırılma

Düşmən Tərtərin Şıxarxı qəsəbəsinə top mərmiləri atıb

Hadisə

01 Noyabr 2020 14:02 1112


Ermənistan silahlı qüvvələri Tərtər rayonunun yaşayış qəsəbəsini atəşə tutub.

Yenisabah.az-ın məlumatına görə, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən saat 10 radələrindən başlayaraq, artilleriyadan istifadə etməklə rayonun Şıxarxı qəsəbəsinə bir neçə top mərmisi atıb. pizza hut

Sakinlər "Report"un əməkdaşına bildiriblər ki, ermənilər oktyabrın 31-i gecə saatlarında da Şıxarxı qəsəbəsini atəşə tutublar.

Atəş zamanı yaşayış evlərinə ziyan dəyib, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, əməkdaşımız qəsəbədə çəkiliş edən zaman da rayon ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!