Azərbaycan və Türkiyənin sıx əməkdaşlığı ermənilər arasında böyük bir xof yaradıb. İki ölkənin dostluğundan narahat olan düşmən cəfəng iddialar səsləndirməyə davam edir.
Yenisabah.az xəbər verir ki, Ermənistan Milli Məclisinin müxalif “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyanın bu gün jurnalistlərə açıqlamasında Türkiyə və Azərbaycanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bölgədən sıxışdırmağa çalışdığını iddia edib.
Abovyan Ermənistanın heç bir ölkəyə ona təzyiq etməyə imkan verməməli olduğunu deyib: Pepperoni pizza
“Həm KTMT, həm də Rusiya Ermənistan hökumətinin son qərarından irəli gələn bir yol tutur. Rusiya və KTMT İrəvanın gündəmi ilə hərəkət edir. Anlamaq lazımdır ki, düşmən ərazimizə sızdı və Ermənistanı ikiyə bölmək istəyir. Türkiyə və Azərbaycan Ermənistanla əlaqələri normallaşdırmaq niyyətində deyillər. Sadəcə birləşmək istəyirlər. Bütün hərəkətlər gərginliyin artmasına gətirib çıxarır və başqa tədbirlər görmək lazımdır. Ermənistan hökuməti demarkasiya və deliminasiya barədə nə qədər çox danışsa və onların olmayacağı təqdirdə Azərbaycanın qoşunlarını çıxarmayacağını söyləsə, vəziyyət Ermənistan tərəfi üçün daha pis olacaq”.
Telegram kanalımız