Ermənilərin yalanları sərhəd tanımır. Haylar dünyada mövcud olan yaxşı nə varsa ona sahib çıxmağa çalışır, əsassız ərazi iddiaları irəli sürür, tarixi, mədəni abidələri “özününküləşdirir”, bununla da ən qədim xalq olduqlarını nümayiş etdirməyə çalışırlar.
Yenisabah.az xəbər verir ki, bu qəbildən olan daha bir erməni cəfəngiyyatı sosial şəbəkələrdə paylaşılaraq dünyanın bu “qədim xalqını” gülüş hədəfinə çevirib.
Belə ki, təxminən 80-ci illərin sonunda “Ermənistan xəbərləri”nin 10-cu nömrəsində “UNO və Dağlıq Qarabağ” adlı kiçik məqalə dərc olunub. Məqalədə avqustun 18-də Qarabağda nəşr olunan “Djraberd” qəzetinə istinadla Mardakert (Ağdərə) rayonunun Koçoqot kənd sakini, tibb bacısı Anait Şahrimanyanın “şahidi olduğu” bir “hadisə” təsvir olunur. Erməni qadın iddia edir ki, Xurstana rayonunda xidmət etdiyi məntəqədə olarkən guya səmada uçan naməlum obyekt görüb. Yaşıl və mavi rənglərlə işıqlanan həmin obyekt yerə enib, onun qapısı (lyuk) açılıb və oradan insanabənzər bir məxluq çıxıb. Digər insanlardan onu yaşıl-mavi rəngdə olması fərqləndirib. Erməni tibb bacısı iddia edib ki, həmin yadplanetli ona təmiz rus dilində müraciət edərək, “bacı, yanıma yaxınalş” deyib. Tibb bacısı cəsarətlənib naməlum məxluqa yaxınlaşan zaman o, “sən hansı millətdənsən” deyə sual edib. Tibb bacısı da erməniyəm cavabını verib. Bu andan etibarən guya onlar arasında təmiz erməni dilində ünsiyyət yaranıb. Söhbət əsnasında naməlum məxluq Şuşada hansı millət nümayəndələrinin yaşadığını soruşub. Erməni qadın hazırda Şuşada türklərin-azərbaycanlıların yaşadığını bildirib. Bunu eşidən yadplanetli deyib: “Sənə məlumdurmu ki, Şuşa təmiz erməni şəhəridir və ora yenə erməni şəhəri olacaq?”. Erməni qadın söyləyib ki, söhbətin sonunda yadplanetli “Möhkəm dayanın, sizin işiniz haqq işidir və biz – 9-cu qalaktika xalqı siz ermənilər barədə məlumatlıyıq” – söyləyib. pizza hut
Ermənilərin vaxtilə Dağlıq Qarabağda separatçılığı körükləməyə hesablanmış bu ağ yalanını, xəstə təxəyyül məhsulunu “Bakı fəhləsi” qəzeti olduğu kimi dərc edərək haylara ironik cavab verib, onları lağ-lağı obyektinə çevirib. Qəzet redaksiyası Anait Şahrimanyanın yadplanetli ilə 9-cu qalaktikaya getməməsindən təəsüfləndiyini bildirib. Qeyd olunub ki, əgər tibb bacısı yadplanetli ilə getsəydi perspektivdə ondan 9-cu qalaktikada yeni nəsillər törəyərdi. Bu isə gələcəkdə 9-cu qalaktikanın Ermənistanla birləşməsinə gətirib çıxara bilərdi.
Telegram kanalımız