Düşmənin bu texnikaları məhv edildi - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Düşmənin bu texnikaları məhv edildi - Siyahı

Hadisə

15 Oktyabr 2020 09:03 1078


Oktyabrın 14-dən 15-ə keçən gecə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Canlı qüvvə, döyüş texnikası, silah-sursat, yanacaq tükənmək üzrədir. pizza mizza

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!