Düşmənin Cəbrayılın Horovlu kəndini erməniləşdirmə üsulu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Düşmənin Cəbrayılın Horovlu kəndini erməniləşdirmə üsulu - Fotolar

Rəsmi

04 Aprel 2021 19:15 1501


Azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıntıların miqyası hədsizdir.

Yenisabah.az xəbər verir ki, dağıntılara məruz qalan Azərbaycan kəndlərindən biri də Cəbrayıl rayonun işğaldan azad olunan Horovlu kəndidir. Ermənilər kənddə məktəb, bağça yaşayış evlərini tamam dağıdıblar.

Bununla kifayətlənməyən ermənilər əvəzində həmin əraziyə özlərinə aid saxta üzərində ermənicə yazılar yazılmış daşlar qoyub. Məqsəd isə bu ərazini erməniləşdirərək Ermənistan ərazisi kimi təqdim etmək olub. pizza hut

Horovlu kənd sakini Rəhim Hümbətov Trend-ə açıqlamasında bildirib ki, bu ermənicə yazılar olan daşların heç biri işğaldan əvvəl bu kənddə olmayıb:

“Bu daşlar hamsı sonradan qoyulub bura, məqsəd kəndimizi erməniləşdirmək olub. Amma buna nail ola bilmədilər. Ali Baş Komandanın idarəçiliyi ilə güclü Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdi. Bu əraziləri yenidən bərpa edib, öz doğma el-obamıza qayıdacağıq”.

Horovlu kəndindən çəkilmiş görüntüləri təqdim edirik:

/Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!