Düşmənin xüsusi təyinatlı polis dəstəsi darmadağın edilib,   ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Düşmənin xüsusi təyinatlı polis dəstəsi darmadağın edilib, ölən və yaralananlar var

Hadisə

17 Oktyabr 2020 09:08 2364


Yenisabah.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, son sutka ərzindəki döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.

Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib. Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan var. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk edərək qaçıb. Alayın bölmələrində ərzaq və döyüş sursatının çatışmazlığı müşahidə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!