“Hesab edirdim ki, Pənah Hüseyn müxalifətçilər arasında danışılası mümkün olan adamdır. Hətta bir neçə dəfə onun haqqında xoş sözlər də demişdim”.
Bu sözləri Yenisabah.az-a Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş Baş nazir Pənah Hüseynlə aralarında baş vermiş insidentə münasibət bildirərkən deyib.
ANAP sədri əlavə edib ki, Pənah Hüseynlə debata çıxmağı özü təklif edib. “Fikirləşirdim ki, iki mədəni adam kimi müzakirə aparırıq. Amma debat başalayanda hiss elədim ki, Pənah Hüseyn verilişə parlaq qələbə qazanmaq həvəsi ilə gəlib. Sanki kimlərəsə söz verib ki, baxın görün nə edəcəm. Müəyyən hərəkətlər etdi. Mən nə dedimsə bildirdi ki, bu məlumdur, kitabda var, sözü dəyərdən salmağa çalışdı. Əl-qolla danışdı. Səbr elədim. Nəhayət, mənə deyəndə ki, Heydər Əliyevi müdafiə etməyə qabiliyyətin çatmır, artıq düşündüm ki, onunla başqa cür danışmalıyam. Başqa cür danışmaq da pis alınmadı”, - deyə Abulatılov Səmədov bildirib. Dördpendirli pizza
Partiya sədri qeyd edib ki, həmin məqamda hər şeyə hazır olub. “Təsəvvür edin deyir ki, Heydər Əliyevi müdafiə edənlərin içində ağıllı adam yoxdur. Adama deyərlər ki, sənin nə haqqın var kiməsə qiymət verəsən?! Sən kimsən axı? Guya müxalifətdə hamının ağlı aşıb-daşır, amma bu biri tərəfdə dərin ağlı olmayan adamlar yığılıb. Sonra da məni aşağılamağa cəhd edir. Tam səmimi deyirəm ki, həmin məqamda hər şeyə hazır idim. Doğrudur, belə hadisələrin olması xoş deyil. Amma gərək həddini bilməyən adamlarla onların başa düşəcəyi tərzdə danışasan”, - deyə ANAP sədri vurğulayıb.
Bildirək ki, Pənah Hüseynlə Abutalıb Səmədov Xural TV-də yayımlanan “Siyasət Meydanı” verilişində üz-üzə gəliblər. Tərəflər arasında debat mübahisəyə çevrilib.
AXP sədri Abutalıb Səmədova xitabən deyib ki, o, mərhum prezident Heydər Əliyevi müdafiə etmək qabiliyyətində olan adam deyil. Bu, ANAP sədrinin qəzəbinə səbəb olub. O, Pənah Hüseynə “Həddinizi aşırsınız” deyə irad bildirirəkən qarşı tərəf “Sakit oturun” deməklə ortamı daha da gərginləşdirib. Abutalıb Səmədov yüksək tonla ona “Kəs, sən özünü necə aparırsan, lotusan? Nə tərbiyəsiz adamsan sən?” deyib. Pənah Hüseynin isə cavabı belə olub: “Lotuyam”.
Telegram kanalımız