“Düşünürsən ki, bu bir filmdir” – “Qarabağ”ın sabiq qapıçısı koronavirusdan danışdı 

saytların hazırlanması

Evə çatdırılma

“Düşünürsən ki, bu bir filmdir” – “Qarabağ”ın sabiq qapıçısı koronavirusdan danışdı 

İdman

16 Mart 2020 10:29 797


“Qarabağ”ın sabiq, “Milan”ın hazırki qapıçısı Asmir Beqoviç İtaliyada koronavirus səbəbi ilə yaranan vəziyəti şərh edib. 

Yenisabah.az “Mirror” nəşrinə istinadən xəbər verir ki,  33 yaşlı qapıçı yaranan durumu filmə bənzədi. Təcrübəli qolkiper bildirib ki, ölkədə çox insanın bu virusdan ölməsi, oyunların dayandırılması ona pis təsir edir:

“Küçələr tamamilə boşaldılıb. Yalnız supermarketlər istisnadır. Sən bir az yemək alıb dərhal olduğun evə qayıtmalısan. Bu dəlilikdir. Ümumiyyətlə, düşünürsən ki, bu bir filmdir. Daha əvvəl heç belə bir şey görməmişəm. Virus İtaliyaya çox təsir etdi. Çox sayda insan öldü. İnsanlıarın ürəyi parçalanır. İlk olaraq matçların keçirilməsi ilə bağlı mübahisələr yarandı. Bir neçə oyun azarkeşsiz oldu. Bu, bizim üçün heç də böyük bir təcrübə deyildi. Sonra isə bütün oyunlar dayandırıldı. Ölkə mühasirədədir, saat 6-da sonra restoran tapmaq çətin məsələyə çevirilib. Biz heç məşq də edə bilmirik. Yalnız film izləməklə kifayətlənirik”.  Marqarita pizza

Qeyd edək ki, İtaliya koronavirusdan ölənlərin sayı gündən-günə artır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!