Düyünün qiyməti 15 ilin ən yüksək səviyyəsinə qalxdı

saytların hazırlanması

Evə çatdırılma

Düyünün qiyməti 15 ilin ən yüksək səviyyəsinə qalxdı

İqtisadiyyat

28 Dekabr 2023 01:18 2108


Düyü qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə qalxıb.

Məlumata görə, buna yüksək tələb və davam edən təklif problemləri kömək edib.

Qeyd olunur ki, Tailand ağ düyüsünün qiyməti bir ton üçün 659 dollara qədər artıb. Sonuncu dəfə belə göstərici 2008-ci ilin oktyabrında qeydə alınıb. Sezar pizza

Bildirilir ki, bu il quru hava və aparıcı düyü tədarükçüsü olan Hindistanın ixracı məhdudlaşdırması səbəbindən qiymətlər təxminən 38% artıb.

Xatırladaq ki, düyü Asiya və Afrikada milyardlarla insanın qidalanması üçün həyati əhəmiyyət kəsb edir. Qiymət artımı inflyasiya təzyiqlərini və alıcılar üçün idxal ödənişlərini artıra bilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!