DYP-dən maraqlı aksiya: Sürücülərə tibbi spirt verildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

DYP-dən maraqlı aksiya: Sürücülərə tibbi spirt verildi - Fotolar

Sosial

23 Mart 2020 13:00 945


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədi ilə maraqlı aksiya təşkil edilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a daxil olan məlumata görə, İsmayıllı RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə  tibbi spirt, maska və əlcək verilib. Həmçinin gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyyə ediblər. 

Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!