DYP dumanlı hava ilə bağlı xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

DYP dumanlı hava ilə bağlı xəbərdarlıq etdi

Sosial

19 May 2025 11:31 173


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

“Sinoptiklərin məlumatına əsasən, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir. pizza hut

Səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşır

Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlığı nəzərə alaraq, sürücülərdən dumanlı havada sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!